Mobil tətbiqlərin hazırlanması

Mobil tətbiqlərin hazırlanması

Mobil tətbiqlərin hazırlanması müasir dövrdə hər bir biznes üçün əhəmiyyətlidir. İnsanlar alış-verişdən tutmuş xəbərləri oxumağa, sosial şəbəkələrdə paylaşım etməyə qədər hər şeyi mobil tətbiqlər vasitəsilə edir. İstər kiçik bir mağaza sahibi olun, istərsə də böyük bir şirkət, mobil tətbiq müştərilər ilə daha sıx əlaqə qurmağınıza kömək edir. Mobil tətbiq vasitəsilə müştərilərinizə xüsusi təkliflər, kampaniyalar və yeniliklər barədə məlumatlar çatdırmaq çox asandır. 

 

Mobil tətbiqlərin hazırlanması həm də müştərilərinizin sizdən asanlıqla alış-veriş etməsini və xidmətlərinizdən yararlanmasını təmin edir. Tətbiq, müştərilərinizə 24/7 xidmət göstərmək imkanı yaradır və onların ehtiyaclarını istədikləri vaxt qarşılamağa imkan verir. Bu da, sizin satışlarınızı artırır və brendinizin daha çox tanınmasına kömək edir.

 

Mobil tətbiqlərin hazırlanması mərhələləri

Araşdırma

Mobil tətbiqin hazırlanması prosesinin ilk mərhələsi araşdırmadır. Bu mərhələdə məqsəd, müştərinin ehtiyaclarını və bazar tələblərini dərindən öyrənməkdir. Araşdırma zamanı aşağıdakı addımlar izlənilir:

  • Bazar Analizi: Rəqabət mühitini və oxşar tətbiqləri araşdırmaq. Bu, tətbiqin bazar tələblərinə uyğun olmasını təmin edəcək

 

  • Hədəf İstifadəçi Tədqiqatı: Tətbiqin kimə xidmət edəcəyini müəyyənləşdirmək. İstifadəçi ehtiyacları və üstünlükləri toplanır.

 

  • Tələblərin Toplanması: Müştəri ilə görüşərək tətbiqin funksional tələbləri və dizayn istəkləri müəyyən edilir.

 

Kreativ Dizayn

Mobil tətbiqin hazırlanmasında kreativ dizayn çox önəmlidir. Bu mərhələdə tətbiqin görünüşü və istifadə rahatlığı üzərində işləyirik. Addımlar belədir:

  • Görünüş Dizaynı: Tətbiqin necə görünəcəyini qərarlaşdırırıq. Rənglər, yazı tipləri və düymələrin forması seçirik.

 

  • İstifadəçi Təcrübəsi: Tətbiqin istifadəsi asan olmalıdır. İstifadəçilərin tətbiqdə necə hərəkət edəcəyini planlaşdırırıq.

 

  • Prototip Hazırlama: Tətbiqin ilkin modelini yaradırıq ki, müştəri nə əldə edəcəyini görə bilsin.

 

  • Geri Dönüşlər: Müştəri və istifadəçilərin fikirlərini alırıq və lazım olan dəyişiklikləri edirik.

 

Son texnologiyalarla mobil tətbiqin hazırlanması

Mobil tətbiqin hazırlanmasında son texnologiyalardan istifadə edirik. Bu yanaşma mobil tətbiqin performansını artırır və istifadəçi təcrübəsini yaxşılaşdırır. Mühüm addımlar bunlardır:

  • Yeni Texnologiyalar: Tətbiqin sürətli və təhlükəsiz işləməsi üçün ən son texnologiyalardan istifadə edirik.

 

  • Müasir Proqramlaşdırma Dilləri: Proqramlaşdırma dilləri mobil tətbiqin hər platformada yaxşı işləməsini təmin edir.

 

  • Optimizasiya: Tətbiqi daha effektiv və istifadəsi rahat etmək üçün optimallaşdırırıq.

 

Admin Panel

Admin panel, mobil tətbiqin hazırlanmasında mühüm rol oynayır. Bu idarəetmə paneli ilə tətbiqin idarə olunması və nəzarəti daha rahat olur.Əsas xüsusiyyətlər:

  • İstifadəçi İdarəsi: Admin panel vasitəsilə istifadəçilər  əlavə edə, redaktə edə və silə bilərsiniz.

 

  • Məlumatların İdarə Edilməsi: Tətbiqdəki məlumatları izləyə, yeniləyə və idarə edə bilərsiniz.    

 

  • Təhlükəsizlik:  Admin panel, tətbiqin təhlükəsizliyini qoruyur və yalnız icazəli şəxslərin girişinə imkan verir.

 

Test prosesi və təhvil vermə

Mobil tətbiqin hazırlanmasında son mərhələ test prosesi və təhvil verməkdir. Bu mərhələdə tətbiqin hərtərəfli yoxlanılması və müştəriyə təhvil verilməsinə hazırlıq görülür. Prosesin əsas addımları:

  • Test Etmə: Tətbiqin funksionallığı, istifadəsi, performansı və təhlükəsizliyi müxtəlif testlərdən keçirilir. Hər şeyin düzgün işlədiyindən və gözlənilən nəticələri verdiyindən əmin oluruq.

 

  • Səhvlərin Aradan Qaldırılması: Testlər zamanı aşkarlanan problemləri və səhvləri düzəldirik. Tətbiqin mümkün qədər səhvsiz olması üçün təkrar testlər edirik.

 

  • Təhvil Vermə: Test prosesindən keçdikdən sonra tətbiq müştəriyə təqdim olunur. Bu mərhələdə, tətbiqin yüklənməsi və istifadəçilərə açılması təmin edilir.

 

Mobil tətbiq olmasının üstünlükləri

Mobil tətbiq hazırlamaq , müştərilərə birbaşa çatmaq üçün ən asan yoldur. Tətbiq sayəsində istifadəçilər hər zaman və hər yerdə xidmətlərinizdən istifadə edə bilər. Bu da onların məmnuniyyətini artırır. Tətbiq, markanızı daha çox insana tanıdır və müştərilərinizi bağlı saxlayır. Həm də müştərilərdən tez rəy almağa və yeniliklər etməyə kömək edir. Üstəlik, xüsusi təkliflər və kampaniyalar ilə müştəriləri cəlb edə bilərsiniz. 

 

Mobil tətbiq hazırlanmasında tez-tez verilən suallar

  1. Mobil Tətbiq hazırlanması nə qədər vaxt alır?

Mobil tətbiqin hazırlanması tətbiqin mürəkkəbliyindən, funksional xüsusiyyətlərindən və tələblərdən asılı olaraq dəyişir. Sadə bir tətbiqin hazırlanması təxminən 45 gün çəkə bilər. Ancaq daha mürəkkəb funksionallıq və dizayn tələbləri olan tətbiqlər üçün bu müddət uzana bilər.

 

  1. Mobil Tətbiq Hazırlanması qiyməti nə qədərdir?

Mobil tətbiqin hazırlanma qiyməti, layihənin tələblərinə, tətbiqin funksionallığına, dizayn kompleksliyinə görə dəyişir. Qiymətləndirmə, sizin ehtiyaclarınıza və istəyinizə uyğun olaraq müəyyənləşdirilir. Ən doğru qiyməti öyrənmək üçün mütəxəssislərimizlə əlaqə saxlayaraq layihəniz haqqında ətraflı məlumat ala bilərsiniz.

 

  1. Mobil Tətbiq hansı platformalarda (iOS, Android) işləyəcək?

Mobil tətbiq həm iOS, həm də Android platformaları üçün hazırlaya bilirik. Biz tətbiqinizi tələblərinizə uyğun olaraq bir və ya hər iki platforma üçün hazırlayırıq.

 

  1. Mobil tətbiq üçün UI/UX dizaynı necə seçilir?

Dizayn, müştərinin ehtiyaclarını nəzərə alaraq hazırlayırıq. İstifadəçilərin tətbiqdən asan və rahat istifadə etməsi üçün sadə və intuitiv elementlər seçirik. Məqsəd, istifadəçi təcrübəsini maksimum dərəcədə yaxşılaşdırmaqdır. 

 

  1. Tətbiqdə hansı xüsusiyyətlər və funksiyalar ola bilər?

Tətbiqdə istifadəçi qeydiyyatı, istifadəçiyə bildirişlərin göndərilməsi, xəritə inteqrasiyası, alış-veriş səbəti, ödəmə sistemləri, sosial media ilə paylaşma və canlı çat kimi funksiyalar ola bilər. Funksiyalar, tətbiqin məqsədinə və müştərinin tələblərinə uyğun seçirik.

 

  1. Tətbiq istifadəçi məlumatlarını necə qoruyur?

Tətbiq istifadəçilətin məlumatlarını qorumaq üçün güclü şifrələmə, təhlükəsiz giriş sistemi və müntəzəm təhlükəsizlik yoxlamaları tətbiq edirik.

 

Mobil tətbiq hazırlanmasını bizə etibar edin – qiymət təklifi almaq üçün "Təklif al" linkini klikləyin və formu doldurun. Komandamız ən qısa zamanda sizinlə əlaqə saxlayacaq.

Mobil tətbiqin hazırlanması ilə yanaşı, işinizin inkişafı üçün müasir və funksional bir veb saytın olması vacibdir. Daha çox məlumat üçün veb saytların hazırlanması haqqında oxuyun.